“Bank BTB” ASC-nin Müşahidə Şurasına yeni təyinat olub.
Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən Rövşən Fərhad-zadə Eldar oğlu Müşahidə Şurasının üzvü seçilib.
Bununla da, Bankın Müşahidə Şurası 1-i sədr olmaqla, 3 üzvdən ibarət olacaq:
Sədr:
- Rza Sadiq İsmayıl oğlu
Üzvlər:
- Rövşən Fərhad-zadə Eldar oğlu
- Ramin Hüseynov Şəhadət oğlu
Rövşən Fərhad-zadə 1987-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə ali təhsil alıb.
2015-2024-cü illərdə Bank “BTB” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.45 milyon manatdır. Bankın səhmdarları aşağıdakı şəxslərdir:
-
- 74.99% – Nigar Mehdiyeva
- 19.01% – Rza Sadiq
- 6.00% – Tükəzban Mahmudova