7 C
Baku
Thursday, December 12, 2024

“Bank BTB” rəhbərliyinə təyinat olub

“Bank BTB” ASC-nin Müşahidə Şurasına yeni təyinat olub.

Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən Rövşən Fərhad-zadə Eldar oğlu Müşahidə Şurasının üzvü seçilib.

Bununla da, Bankın Müşahidə Şurası 1-i sədr olmaqla, 3 üzvdən ibarət olacaq:

Sədr:

  • Rza Sadiq İsmayıl oğlu

Üzvlər:

  • Rövşən Fərhad-zadə Eldar oğlu
  • Ramin Hüseynov Şəhadət oğlu

Rövşən Fərhad-zadə 1987-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə ali təhsil alıb.

2015-2024-cü illərdə Bank “BTB” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.45 milyon manatdır. Bankın səhmdarları aşağıdakı şəxslərdir:

    • 74.99% – Nigar Mehdiyeva
    • 19.01% – Rza Sadiq
    • 6.00% – Tükəzban Mahmudova
Son xəbərlər
Digər xəbərlər