8 C
Baku
Saturday, December 3, 2022

Bank BTB Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş ”Kitab sənin ilk dostundur” adlı layihə keçirib

®Bank BTB Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Kitab sənin ilk dostundur” adlı tədbir keçirib. Belə ki, bank, 44 günlük “Vətən müharibəsi” ərzində Gəncədə raket zərbələrindən zərərçəkmiş uşaqları sevindirmək üçün onların yaş kateqoriyalarına uyğun olaraq kiçik hədiyyələr təqdim etdi. Nisbətən yuxarı yaş qrupu olan 8-15 yaşlı uşaqlara psixologiyasına uyğun, maraqlarını oyadan mövzularda, cəsarət, mübarizə, arzularının arxasınca getmək, dostluq və sevgi kimi dəyərləri öyrədən kitablar təqdim edildi. 7 və daha kiçik yaş qrupuna aid olan uşaqlara isə məntiq və riyazi biliklərini inkişaf etdirən maqnitli lövhələr hədiyyə edildi. Bank BTB-nin “Gəncə” filialına dəvət olunan balaca qonaqlar həmçinin, bank əməkdaşlarının iş masalarında əyləşərək bir neçə saatlıq bankir oldular. Tədbirin sonunda əməkdaşlar bankın bütün kollektivi adından uşaqları bir daha təbrik etdi və gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı. Qeyd edək ki, Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə cəmiyyətimizin sağlam gələcəyini qurmaq istiqamətində aparılan tədbirlərdə Bank BTB aktiv iştirakına davam edir. 

Məlumat üçün bildirək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

Bankın məhsul və xidmətləri haqqında məlumat almaq istəyən şəxslər (012) 946 nömrəli Məlumat Mərkəzinə, www.btb.az rəsmi saytına və ya bankın Facebook www.facebook.com/bankbtb və İnstagram www.instagram.com/bankbtb/ səhifələrinə müraciət edərək məlumat ala bilərlər.

Son xəbərlər
Digər xəbərlər
X