Bank “BTB” yığılmış zərərdən yaxa qurtara bilmir – 14.6 MİLYON MANAT!

Bank “BTB” 2021-ci ilin ilk rübü ərzində 6.1 milyon manat faiz gəliri əldə edib, bu da 2020-ci ilin hələ COVID-19-un iqtisadi çətinlik yaratmadığı birinci rübündən 7.9% azdır. Hesabat müddətində 3.63 milyon manat (+15.5%) faiz xərci edib ki, bu da ümumilikdə xalis faiz gəlirlərinin 2.47 milyon manata düşməsinə (-29%) səbəb olmuşdur.

Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında deyilir.

Bundan əlavə 2.07 milyon manat qeyri-faiz gəliri (+51.8%) və 4.47 milyon manat qeyri-faiz xərc (+14.5%) edib.

Beləliklə əməliyyatı cəmi 59 min manat mənfəət edib – bu öncəki ildə 928 min manat idi. Problemli aktivlərinin 306 min manat geridönüşü xalis mənfəətini 365 min manata yüksəltməsinə səbəb olub. Yəni bu daxil olmalar baş tutmasaydı, öncəki ildəki kimi, əksinə ayırmaların həcmi 160 min üzərində olsaydı ilk rübü zərərlə bitirəcəkdi.

Bu xalis mənfəət onun balansında illərdi yığılmış zərəri sığırlamağa yetərli olmayıb. Yığılmış zərərin həcmi 14.97 milyon manatdan 14.61 milyon manata qədər azalıb.  Hazırda cəmi kapitalın həcmi isə 53.98 milyon manatdır.

Bankın nizamnamə kapitalı 66.45 milyon manatdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.