“Bank BTB”nin fərdi bank seyfləri üzrə 50%-dək endirim kampaniyası sentyabrın 30-dək davam edəcək. Belə ki, kampaniya çərçivəsində fərdi bank seyflərinə tətbiq edilən tariflər cədvəldədir:
Seyfin ölçüsü |
Müddət |
Qiymət |
100mm x 326mm x 420mm |
1 ay |
15 AZN |
200mm x 326mm x 420mm |
1 ay |
20 AZN |
400mm x 326mm x 420mm |
1 ay |
30 AZN |
600mm x 326mm x 420mm |
1 ay |
40 AZN |
Mənzilinizdə olan qiymətli zinət əşyalarınızın, pulunuzun, sənədlərinizin, qiymətli kağızlarınızın qorunması və təhlükəsizliyi barəsində düşünürsünüzsə, siz Bank BTB tərəfindən təklif olunan fərdi bank seyflərini icarəyə götürə bilərsiniz. Bu, qiymətli əşyalarınızın qorunması üçün ən əlverişli və etibarlı yoldur.
Bank BTB-nin təklif etdiyi seyf qutuları icarəsinin üstünlükləri:
- Bank seyflərinin yerləşdirildiyi xəzinə peşəkar mühafizə, siqnalizasiya və yanğın əleyhinə sistem ilə təchiz olunur
- Bank seyfinin yüksək məxfilik tələblərinə cavab verən “iki açar prinsipi” (1 açar müştəridə və 1 açar bankda) tətbiq edilir
- Bank seyfinin kilidinin açarı müştərinin özündə saxlanılır və müştərinin açarı olmadan seyfə daxil olmaq mümkün deyil
- Müştəri və ya onun qanuni təmsilçisinin bilavasitə iştirakı olmadan fərdi bank seyfindən istifadə mümkün deyil
- Bank seyfinin istənilən müddətə icarəsi imkanı yaradılıb
Xidmətdən yararlanmaq üçün Bank BTB-nin baş ofisinə – Y.Səfərov küç., 27 ünvanına yaxınlaşa bilərsiniz.
Bank BTB fərdi bank seyflərinin tam məxfiliyini, toxunulmazlığını təmin edir və bütün seyflərin təhlükəsizliyi üzrə məsuliyyət daşıyır.
Bank haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.