10 C
Baku
Friday, December 13, 2024

“Bank BTB”dən vergi işçilərinə özəl kredit kampaniyası   ®

“Bank BTB” 11 fevral – vergi xidməti işçilərinin peşə bayramı ilə əlaqədar kredit kampaniyasına start verir.

Kampaniya çərçivəsində nağd pul krediti üzrə illik faiz dərəcəsi endirilib. Belə ki, vergi orqanı əməkdaşları 10 000 manatadək nağd pul kreditini illik 24%-lə əldə edə biləcəklər. Minimal rəsmiləşdirmə xərcləri ilə kredit üzrə maksimal müddət 24 ay təşkil edir.

Kampaniya 11-15 fevral tarixlərini əhatə edəcək.

Xatırladaq ki, vergi işçiləri kreditlə əlaqədar “Bank BTB”nin baş ofisinə və filiallarına müraciət edə bilərlər. Hazırda bank 11 filial, 5 şöbə və baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri xidmətləri departamenti ilə operativ xidmət göstərir.

Kampaniya haqqında ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər