25 C
Baku
Saturday, July 27, 2024

“Bank BTB”nin aktivləri artıb

“Bank BTB” ASC 9 ay üzrə maliyyə hesabatını açıqlayıb.

Banker.az bu barədə bankın yaydığı maliyyə göstrəicilərinə istinadən xəbər verir.

Bankın aktivlərinə daxil olan “Müxbir hesabları”nda kəskin eniş var. Belə ki, ilin əvvəli ilə müqayisədə 9 ayın sonunda 19 fazi azalaraq 36,79 mln. manata qədər enib.

2017-ci ilin ikinci rübü cəmi kapitalı 39 mln. manat olduğu halda bu, 3-cü rüb 38,5 mln. manata enib.

Cəmi aktivləri isə hal hazırda 249,3 mln manat təşkil edib ki, bu da ilin əvvəlində 201,2 mln. manata yaxın idi.

Məlumata görə, ötən rüblə müqayisədə Bankın Azərbaycan Mərkəzi Bankı qarşısındakı tələbi artaraq 31,36 mln. manata kimi artıb.

Bankın ümumi öhdəlikləri ötən rüblərlə müqayisədə 210,364 milyon manata çatıb. Bankın ümumi depozit portfeli hal hazırda 69,3 mln manat təşkil edir. Bu da ötən rüblərlə müqayisədə artımın olmasını göstərir.

Bank nəhayət zərərdən yaxa qutara bilib. Belə ki, bu rüb cəmi 162 min manat mənfəət əldə edib. Məlumat üçün bildirək ki, ilin ilk rübündə bu bank 1,14 mln zərər etmişdi. Bank 2016-ci ili isə bu rəqəm 13,1 mln zərərlə bitirmişdi.

 

Son xəbərlər
Digər xəbərlər