10 C
Baku
Tuesday, November 26, 2024

Bank “BTB”nin Audit Komitəsinin üzvü dəyişdirilib

Bank “BTB” ASC-nin səhmdarlarının qərarı kredit təşkilatının Audit Komitəsinin üzvlərinin biri dəyişdirilib.

Bu barədə Banker.az saytının əldə etdiyi məlumatda qeyd edilir.

Məlumata görə, səhmdarların qərarı ilə Sadıxov Araz Hacı oğlu Audit Komitəsindəki üzvlük vəzifəsindən kənralaşdırılıb. Digər bir qərarla Cavid Zeynalov Eldar oğlu üzv seçilib.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74.99 %-i Nigar Mehdiyevaya, 19.01 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Audit Komitəsi – Bankın Audit Komitəsi üç nəfər üzvdən ibarətdir. Komitənin üzvləri Müşahidə Şurası tərəfindən 3 ildən çox olmayan müddətə seçilir. Müşahidə Şurası Komitənin üzvlərindən birini Komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin əmək haqqı muzdlu formasında Müşahidə Şurası tərəfindən təyin edilir. Audit Komitəsi bankın strategiyasını və audit siyasətini müəyyən edir, daxili nəzarət sisteminin təkmilləşdirilməsinə dair Müşahidə Şurasına təkliflər verir,  Mərkəzi Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər