3 C
Baku
Saturday, December 14, 2024

“Bank BTB”nin gəlirləri artıb, kredit portfeli böyüyüb

“Bank BTB” 2020-ci ilin ikinci rübünü 107 min manat zərərlə başa vurdu. Ötən ilin müvafiq dövründə isə bank 895 min manat mənfəət əldə etmişdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin birinci yarımilliyində “Bank BTB”nın cəmi gəlirləri  15 milyon 552 min manat (illik müqayisədə 15,4% çox), cəmi xərcləri isə 14 milyon 640 min manat (illik müqayisədə  15,2% çox) olub, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara isə 1 milyon 19 min manat ayrılıb.

Bu ilin iyul ayının 1-nə bankın aktivləri 360 milyon 162 min manat olub ki, bu da 2019-cu ilin analoji dövrüylə müqayisədə 19% artım deməkdir. Bunun 209 milyon 920 min manatı müştərilərə verilmiş kreditlərdir. Beləliklə, son bir ildə bankın kredit portfeli 17,2% artıb.

Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 296 milyon 166 min manat, cəmi kapitalı isə 63 milyon 996 min manat olub.

 

Son xəbərlər
Digər xəbərlər