12 C
Baku
Saturday, November 23, 2024

“Bank BTB”nin gəlirləri və əməliyyat mənfəəti artıb

“Bank BTB” ASC 2022-ci ilin 3-ci rübünə olan maliyyə göstəricilərini açıqlayıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

9 ay ərzində “Bank BTB”nin gəlirləri 23 milyon 751 min manat, xərcləri 23 milyon 171 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 5 milyon 873 min manat təşkil edib. Ötən ilin eyni dövründə isə bankın gəlirləri 22 milyon 395 min manat, xərcləri isə 22 milyon 332 min manat olub. “Bank BTB”nin bu il əməliyyat mənfəəti 159 min manat olub ki, bu da illik müqayisədə 2.6 dəfə artım deməkdir. Cari ilin 3-cü rübündə bank 5 milyon 714 min manat zərər edib.

Bu il oktyabrın 1-nə “Bank BTB”nin aktivləri 361 milyon 438 min manat olub. Bunun 238 milyon 980 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 1.4% artaraq 312 milyon 120 min manat,  balans kapitalı isə 49 milyon 319 min manat olub.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.45 milyon manatdır.

b1 1 b2 1

Son xəbərlər
Digər xəbərlər