Bank “BTB” ASC-nin problemli kreditlərinin həcmi kredit portfelində payı 8.64%-dən 11.43%-ə qədər yüksəlib.
Banker.az bu barədə Bankın 2021-ci ilin 1 aprel tarixinə təqdim etdiyi maliyə göstəricilərinə istinadən xəbər verir.
“BTB”nin kredit portfelinin hesabat dövrünə həcmi 222.35 milyon manat kredit portfelinin 196.93 milyon manatı cari kreditlər və 25.42 milyon manatı isə vaxtı keçmiş kreditlər olmuşdur. Vaxtı keçmiş kreditlərin hamısının ödəniş müddəti 5 ildən artıq olan vəsaitləridir.
Cari kreditlərinin həcmi 4.6% azaldığı halda, vaxtı keçmiş kreditlərinin həcmi 30.2% artmışdır.
Bankın kreditlərinin 8.04 milyon manatı xarici valyutadadır, bunun da 1.81 milyon manatı problemli kreditlərdir.
Bank “BTB” ASC-nin kredit ödənişlərinin bölgüsü | |||
2020 R1 | 2021 R1 | DƏYİŞMƏ,%-lə | |
Müştərilərə verilən kreditlər | 225964.3 | 222349.6 | -1.6 |
a) cari kreditlər | 206435.9 | 196929.3 | -4.6 |
b) vaxtı keçmiş kreditlər | 19528.43 | 25420.26 | 30.2 |
Vaxtı keçmiş kreditlərin portfeldə payı, %-lə | 8.64 | 11.43 |