7 C
Baku
Thursday, December 12, 2024

“Bank BTB”nin mənfəəti 3 dəfəyə yaxın artıb, bank daha da böyüyüb

“Bank BTB” ASC bu ilin 3-cü rübünü 1 milyon 174 min manat manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bank 442 min manat mənfəət etmişdir.

Banker.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2.7 dəfə çoxdur.

Yanvar-sentyabr aylarında “Bank BTB”nın gəlirləri 22 milyon 395 min manat, xərcləri 22 milyon 332 min manat, mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 1 milyon 111 min manat təşkil edib.

AKTİVLƏRİ ARTIB, KREDİT PORTFELİ BÖYÜYÜB

Bu il oktyabrın 1-nə “Bank BTB”nin aktivləri 363 milyon 503 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 2.2% çoxdur. Bunun 246 milyon 936 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15.3% böyüyüb.

DEPOZİT PORTFELİ BÖYÜYÜB

Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 6% artaraq 307 milyon 823 min manata, fiziki şəxslərin müddətli depozit portfeli 42% artaraq 127 milyon 832 min manat, balans kapitalı isə 13.4% azalaraq 55 milyon 680 min manat təşkil edib.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

b11

B2 b3

Son xəbərlər
Digər xəbərlər