6 C
Baku
Sunday, December 15, 2024

“Bank BTB”nin maliyyə vəziyyəti məlum oldu

“Bank BTB” ASC 2022-ci ilin 2-ci rübünə olan maliyyə göstəricilərini açıqlayıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

6 ay ərzində “Bank BTB”nin gəlirləri 15 milyon 701 min manat, xərcləri 15 milyon 627 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 3 milyon 201 min manat təşkil edib. Ötən ilin eyni dövründə isə bankın gəlirləri 15 milyon 85 min manat, xərcləri isə 14 milyon 977 min manat olub. Bank mənfəət vergisi ödəməyib. Cari ilin 2-ci rübündə bank 5 milyon 274 min manat zərər edib.

Bu il iyulun 1-nə “Bank BTB”nin aktivləri 354 milyon 384 min manat olub. Bunun 238 milyon 306 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0.5% böyüyüb.

Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 1.5% artaraq 304 milyon 629 min manat,  balans kapitalı isə 49 milyon 755 min manat olub.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.45 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər