Noyabrın 11-də, saat 11:00-da “Bank BTB” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 27 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.