12 C
Baku
Monday, November 25, 2024

“Bank BTB”nin yeni buraxılmış səhmlərini 1 investor əldə edib

15 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Bank “BTB” ASC nin AZ1001009443 dövlət qeydiyyat nömrəli 5 milyon manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1000 manat qiymətindən 1 sifariş təqdim edilib.

Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 5,000,000  manat təşkil edib.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya Şirkəti” ASC -dir.

Belə olacağı zaman mövcud səhm mülkiyyətçisinin səhmlərinin nizamanmə kapitalında malik olduqları paya mütənasib qaydada artması ehtimal olunur. Cəmiyyətin mövcud səhmdarı üstünlük hüququndan istifadə etməzsə abunə yazılışına yazılmış investorlar növbəlik qaydasında səhmləri əldə edə bilərlər. Səhmdar öz üstünlük hüququndan istifadə etdikdə, səhmdarlar Nigar İsmayıl qızı Mehdiyevaya məxsus 49 829 ədəd səhm 3749 ədəd səhm (74.9872 %) artaraq 53578 ədəd səhmə (74.9867 %) , Rza İsmayıl oğlu Sadiqə məxsus 12 634 ədəd səhm, 951 ədəd səhm (19.0128 %) artaraq 13585 ədəd səhmə (19.0133 %), Tükazban Ağa qızı Mahmudovaya məxsusu 3987 ədəd səhm 300 ədəd səhm (6 %) artaraq 4287 ədəd səhmə (6 %) sahib olacaqlar. Səhmlərdarlar üstünlük hüququndan istifadə etməzsə, Nigar İsmayıl qızı Mehdiyevaya məxsus 74.9872 % səhmlər azalaraq 69.7397% səhmə , Rza İsmayıl oğlu Sadiqə məxsus 19.0128 % səhmlər azalaraq 17.6823% səhmə, Tükazban Ağa qızı Mahmudovaya məxsus 6 % səhmlər azalaraq 5.5801% səhmə sahib olacaqdır.

Qanunvericiliyə əsasən Səhmdarların ümumi yığıncağında səsvermə “bir səsli səhm — bir səsdir” prinsipi əsasında həyata keçirilir. Bank BTB-nin ali idarəetmə orqanı onun İştirakçılarının Ümumi Yığıncağıdır. Ümumi Yığıncaq bankın fəaliyyəti ilə bağlı istənilən məsələni müzakirə edə bilər. Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Ümumi Yığıncaq nizamnamə kapitalında ən azı 60% paya malik olan səhmdarlar iştirak etdikdə səlahiyyətli sayılır.

Son xəbərlər
Digər xəbərlər