Banker.az xəbər verir ki, NBC Bank təklif etdiyi məhsullar sırasına “Fərdi Bank Seyfləri” ni əlavə edib.
Bir müddət öncə müvafiq məhsul üzrə geniş bazar araşdırmasını sizlərə təqdim etmişdik. Bu xidmət digər kommersiya Bankları tərəfindən uzun müddətdir təklif edilməsinə baxmayaraq NBC Bank tərəfindən təklif edilmirdi. Lakin Bankın sosial şəbəkələrdəki səhifələrindən aldığımız məlumata görə artıq bu xidmət Bankda mövcuddur. Depozit seyflərinin ölçüləri və icarə haqqları barədə aşağıdakı cədvəldə geniş məlumat ala bilərsiniz.
Seyflərin ölçüləri | İcarə müddəti 6 ayadək olduqda
1 aylıq tarif |
İcarə müddəti 7-12 ay olduqda
1 aylıq tarif |
5 sm * 28.5 sm * 41 sm | 18 AZN | 15 AZN |
15 sm * 28.5 sm * 41 sm | 20 AZN | 17 AZN |
30 sm * 28.5 sm * 41 sm | 22 AZN | 19 AZN |
45 sm * 28.5 sm * 41 sm | 24 AZN | 21 AZN |
60 sm * 28.5 sm * 41 sm | 26 AZN | 23 AZN |
Seyfin açarının itirilməsinə görə cərimə – 150 AZN