2024-cü ildə manatla olan depozitlər 11.4% artaraq 23.4 milyard manata çatıb, xarici valyutada olan depozitlər isə 1.5% artaraq 13.8 milyard manat olub.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün açıqladığı Pul siyasəti icmalında bildirilir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi ilin sonunda 33.6% olub.
Qeyri-rezidentlər xaric, yerli əhalinin əmanətlərinin dollarlaşması 30.6% olub.
Hüquqi şəxslərin depozitlərində isə xarici valyutanın payı 3.6 faiz bəndi azalaraq 39.4% olub.
Dekabr ayında manatla yeni cəlb edilmiş depozit faizləri 8.3%, xarici valyutada cəlb edilmiş depozit faizləri isə 3.4% olub.
Dekabr ayında manatla yeni cəlb edilmiş depozit faizləri 8.3%, xarici valyutada cəlb edilmiş depozit faizləri isə 3.4% olub.