7 C
Baku
Thursday, January 22, 2026

Bank depozitlərinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.01.2026)

Azərbaycan bank sektorunda depozit portfeli 2025-ci ilin IV rübünün sonuna 38 milyard 221.9 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1.4 faiz artım deməkdir.

Banker.az bank hesabatlarını hesabatlarını hesablayaraq bu nəticəyə gəlir.

Depozit portfeli üzrə bazarın lideri ABB olub. Bankın depozitləri 8 milyard 892.9 milyon manat təşkil edib, lakin illik müqayisədə 11.1 faiz azalma qeydə alınıb.

İkinci yerdə “Kapital Bank” qərarlaşıb. Bankın depozit portfeli 8 milyard 288.7 milyon manat olub və illik azalma 7.7 faiz səviyyəsində olub. Bank bununla liderlə arasındakı fərqi endirmiş olub.

Üçüncü pillədə “PAŞA Bank” qərarlaşıb. Bankın depozitləri 7 milyard 552.1 milyon manat olub və illik müqayisədə 17.8 faiz artım qeydə alınıb.

Dördüncü və beşinci yerləri “Xalq Bank” (1 milyard 921.3 milyon manat) və Azər Türk Bank (1 milyard 554.2 milyon manat) tutub. Bu bankların depozitləri müvafiq olaraq 0.8 faiz və 6.5 faiz artıb.

Beləliklə, depozit portfeli üzrə TOP-5 bankın cəmi 27 milyard 208.4 milyon manat təşkil edib ki, bu da ümumi bazarın təxminən 71.2 faizinə bərabərdir. Öncəki ildə bu rəqəm 76.3% olmuşdu.

42343223

Son xəbərlər
Digər xəbərlər