“AtraBank” ASC tərəfindən ABŞ dollarında verilmiş kreditlərin restrukturizasiyası (ödəniş müddətinin və kredit faizlərinin dəyişdirilməsi) prosesinə başlanılıb.
“Report”un Banka istinadən verdiyi xəbərə görə, restrukturizasiya milli valyutanın məzənnəsinin ABŞ dollarına nisbətən dəyişməsi ilə əlaqədar olaraq borcalanlar tərəfindən kredit ödənişlərinin gecikdirilməsi hallarının qarşısını almaq məqsədi daşıyır.
“AtraBank”dan xarici valyutada kredit götürmüş müştərilər kreditlərin restrukturizasiyasının şərtlərinin razılaşdırılması, kredit və girov müqavilələrinə əlavə və dəyişikliklərin edilməsi məqsədilə Bankın baş ofisinə və filiallarına müraciət edə bilərlər.