Bank fəaliyyətinə nəzarət departamentinin Daxili nəzarət idarəsinin rəisi – MBNP

Bank fəaliyyətinə nəzarət departamentinin Daxili nəzarət idarəsinin rəisi

Namizədə dair tələblər:

– Ali təhsil (maliyyə/iqtisadi).

– Audit və riskərin idarəedilməsi sahəsi üzrə ən azı  5 illik iş təcrübəsi arzuolunandır. Rəhbər vəzifə üzrə  3 illik iş təcrübəsi.

– Maliyyə qanunvericiliyi üzrə biliklər;

– Tədqiqat aparma, təhlil etmə, analitik hesabat tərtib etmə və idarəetmə bacarığı;

– Layihələrlə iş bacarığı və təcrübəsi;

– Ünsiyyətqurma və komandada işləmək bacarığı;

– Fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı;

– Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;

– MS Office proqramları.

İşin təsviri:

– Kredit təşkilatlarında yoxlamaların həyata keçirilməsi işini təşkil edir;

– Keçirilmiş yoxlamaların nəticələrinə dair hesabatlar hazırlayır;

– Kredit təşkilatlarına göstəriş və tapşırıqların verilməsi, qanunvericiliyə uyğun tədbirlərin, sanksiyaların tətbiq edilməsinə dair təkliflər hazırlayır;

– Nəzarət prosesi çərçivəsində bankların nümayəndələri ilə əlaqə saxlayır və ya görüşlər həyata keçirir;

– Nəzarət strategiyasının müəyyən edilməsində iştirak edir;

 

Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları