Bank fəaliyyətinə nəzarət departamentinin Daxili nəzarət idarəsinin rəisi
Namizədə dair tələblər:
– Ali təhsil (maliyyə/iqtisadi).
– Audit və riskərin idarəedilməsi sahəsi üzrə ən azı 5 illik iş təcrübəsi arzuolunandır. Rəhbər vəzifə üzrə 3 illik iş təcrübəsi.
– Maliyyə qanunvericiliyi üzrə biliklər;
– Tədqiqat aparma, təhlil etmə, analitik hesabat tərtib etmə və idarəetmə bacarığı;
– Layihələrlə iş bacarığı və təcrübəsi;
– Ünsiyyətqurma və komandada işləmək bacarığı;
– Fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı;
– Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
– MS Office proqramları.
İşin təsviri:
– Kredit təşkilatlarında yoxlamaların həyata keçirilməsi işini təşkil edir;
– Keçirilmiş yoxlamaların nəticələrinə dair hesabatlar hazırlayır;
– Kredit təşkilatlarına göstəriş və tapşırıqların verilməsi, qanunvericiliyə uyğun tədbirlərin, sanksiyaların tətbiq edilməsinə dair təkliflər hazırlayır;
– Nəzarət prosesi çərçivəsində bankların nümayəndələri ilə əlaqə saxlayır və ya görüşlər həyata keçirir;
– Nəzarət strategiyasının müəyyən edilməsində iştirak edir;
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.