10 C
Baku
Friday, December 13, 2024

Bank fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət idarəsinin Böyük Analitiki —Maliyyə Bazarlarına Nəzarət Palatası

Maliyyə Bazarlarına Nəzarət Palatası

Vəzifə: Bank fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət idarəsinin Böyük Analitiki 

Namizədə dair tələblər:

• Ali təhsil (İqtisadiyyat və maliyyə üzrə);
• Maliyyə sektorunda 5 il iş təcrübəsi;
• Maliyyə hesabatları ilə işləmək və maliyyə analizi aparma, təhlil etmə bacarığı;
• Bank qanunvericiliyi üzrə biliklər;
• Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri;
• Ünsiyyətqurma və komandada işləmək bacarığı;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• Bank sisteminin dövrü analizini həyata keçirir;
• Nəzarətində olan bankların fəaliyyətini, maliyyə vəziyyətini təhlil edir və risklərə nəzarət edir;
• Bank nümayəndələri ilə mütəmmadi əlaqə saxlayır və görüşlər təşkil edir;
• Banklardan prudensial və digər tipli hesabatlar və məlumatların əldə edilməsini təmin edir;
• Lisenziya almaq üçün müraciət etmiş bankların biznes planlarında rəy hazırlayır və tələb olunan sənədlər toplusunun araşdırılmasında iştirak edir.

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini [email protected] elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son xəbərlər
Digər xəbərlər