Artıq Xalq Bankın kredit kart sahibləri 35 günlük faizsiz kredit xəttindən faydalanmaq imkanı qazanacaq.
Kredit xəttinin məbləği plastik kartın növündən asılıdır və 500-25 000 manat arasında müəyyən edilir. Qeyd olunan kredit xətti Azərbaycan manatı ilə yanaşı, həm də USD/EUR valyutalarında ayrılır.
Məlumat üçün bildirmək istərdik ki, müştəri istifadə etdiyi məbləği növbəti təqvim ayın 5-dək ödəyərsə, kreditə görə faiz hesablanmır. Bununla da faizsiz kreditin müddəti maksimum 35 gün təşkil edir. İstifadə olunan məbləğ növbəti ayın 5-dək ödənilməsə, növbəti gündən etibarən borc qalığı məbləğinə illik 20-24% dərəcəsi ilə faiz hesablanacaq.