29 C
Baku
Wednesday, July 24, 2024

Bank filialına hücum edən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başlayıb

“Bank Respublika”nın Yasamal rayon filialına hücum edən İmran Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslə kontakt qurmaq olmadığı üçün onun anket məlumatlarını dəqiqləşdirmək mümküm olmayıb. Zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib. Hakim Səbinə Məmmədzadə təqsirləndirilən şəxsin psixoloji vəziyyətinin araşdırılması üçün xəstəxanaya göndərib. Təqsirləndirilən şəxsin hadisəni törədərkən anlaqlı olub-olmadığı və hadisədən sonra hansısa psixoloji xəstəliyə tutulması barədə araşdırılma aparılmasına qərar verib.

Məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, bu il yanvarın 19-da bir nəfər naməlum şəxs Yasamal rayonu ərazisində yerləşən bank filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib.

Orada xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib. Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər