Amerika itisadi sistemini çökürtə biləcək haker əməliyyatında Rusiya şübhəli ölkələr sırasındadır
Banklar Hakerlər Amerika bankları içində nəhəng qurum olan “JPMorgan Chase”ə aid 83 milyon hesab haqqında məlumatı ələ keçirib.
Daha əvvəl bu rəqəm 1 milyon kimi qeyd edilirdi.
Oğurlananlar arasında 76 milyon şəxsi hesab və 7 milyon digər firmalara aid hesablar mövcuddur. Beləliklə bu oğurluq tarix boyu ən böyük kiberhücum hesab edilir.
Hakerlər “JPMorgan Chase”ə aid 90 serverə və bankın kompyuterlərində olan bütün proqramlara daxil ola biliblər. Məhz buna görə oğurluğun nəticələrinin məhv edilməsinə bir neçə ay tələb oluna bilər.
Kibercanilərin bankın kompyuterlərinə necə daxil ola bilməsi bu günə kimi anlaşılmır. Bununla yanaşı istintaq da dalana dirənib. Belə ki, hakerlər daxil olduqları hesabdan pul oğurladıqları barədə heç bir dəlil qoymayıblar. Buna görə də istintaq oğurluğun səbəbi kimi casusluq faktını da nəzərdən keçirir. Şübhəli ölkələr sırasında isə Cənubi Avropa ölkələri və əlbətdəki qisasın bu yönünə tez-tez müraciət edən Rusiya var.
ANS PRESS