16 C
Baku
Friday, April 19, 2024

Bank hesabların sayı 28 milyonu ötdü

2022-ci ilin ilin mart ayında müştəri hesabların sayı 1.9% artaraq 28 116 027 olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Belə ki, ötən ay müştəri hesabların sayı 27 588 476 olub.

Müştəri hesablarının bir hissəsini təşkil edən cari hesabların sayı 1.8% artaraq 23 241 842, kredit hesabları 2.8% artaraq 4 609 258, depozit hesabları isə artaraq 264 927 olub.

Ötən il müştəri hesabların sayı 25 953 245 olub ki, bu da illik müqayisədə 2 162 782 nəfər artım deməkdir.

2022-ci ilin mart ayı üzrə müştəri hesablarının bir hissəsini təşkil edən cari hesabların 22 972 627-i fiziki şəxslər, 642 990 nəfərini fərdi sahibkarlar, 269 215-i isə hüquqi şəxslər təşkil edir.

Son xəbərlər
Digər xəbərlər