7 C
Baku
Sunday, December 15, 2024

Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə iyunun 30-da Bakı şəhər sakini G.Nəbiyevanın bank hesabından 1030 manatının çıxarılaraq oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini V.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Anoloji hal Suraxanı rayonunda da qeydə alınıb. RPİ-nin 32-ci Polis Bölməsinə iyunun 16-da Bakı şəhər sakini S.Bayramlının bank hesabından 1098 manatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Əskərova müəyyən edilərək saxlanılıb.

Eyni motivli hadisə Gəncədə baş verib. ŞBPİ-nin 4-cü Polis Bölməsinə iyunun 24-də şəhər sakini Ə.Rəcəbovun bank hesabından 369 manatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əsgərov müəyyən edilərək saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər