21 C
Baku
Friday, April 26, 2024

Bank hesablarından pulları çıxararaq mənimsəməyən şəxs saxlanılıb

Mingəçevir şəhərində sakinlərin bank hesablarından pullarını çıxararaq mənimsəməyən şəxs saxlanılıb.

Bu barədə Banker.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Mingəçevir şəhər Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların bank hesablarından pullarını çıxararaq mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Polis şöbəsinə müraciət edən şəhər sakini Z.Mehdiyev bank hesabından 132 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Əli Əzizov olduğu, həmçinin şəhər sakini olan daha 1 qadını aldadaraq 200 manatını bank hesabından çıxararaq mənimsədiyi də müəyyən edilib.

Mingəçevir şəhər Polis şöbəsində araşdıma aparılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər