Bakı Apellyasiya Məhkəməsində “Bank Tecnique” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinə qarşı şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin edib. Birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunub.
Qeyd edək ki, bank hərəkətlərin qanunsuz hesab edilməsi və dayandırılması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan bank apelyasiya şikayəti verib.