Banker.az xəbər verir ki, banklarda ixtisarların sayı sürətlə artır. Xüsusilə də sentyabr ayında daha ciddi ixtisarların olacağı gözlənilir. Belə ki, ən çox ixtisar edən banklar sırasında isə DəmirBank dayanıb.
Banker.az-ın etibarlı mənbələrdən aldığı informasiyaya görə, İyul ayının nəticələrinə əsasən bankın işçi heyəti 1 079 nəfər təşkil edib. May ayı ilə müqayisədə isə bankın işçi heyəti 127 nəfər azalıb. Belə ki, bank may ayında 1 206 işçi ilə fəaliyyət göstərirdi.
Aşağıdakı qrafikdə DəmirBankın işçilərinin son 3 ay ərzində azalma tempi ilə tanış ola bilərsiniz.