Bank işçilərinin sayı bir ayda 16 nəfər artıb

Azərbaycanda 2021-ci ilin yanvar ayında bank işçilərinin sayı 18 724 nəfər olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2020-ci ilin dekabr ayında isə bank sektorunda çalışan işçilərin sayı 18 708 nəfər təşkil edib ki, bu da aylıq müqayisədə cari ilin yanvar ayında 16 nəfərin artması deməkdir.

2020-ci ilin yanvarında isə bank işçilərinin sayı 19 572 nəfər olub. Aylıq müqayisədə artım olsa da, illik müqayisədə ötən il bank işçilərinin sayı 848 nəfər azalıb.

Qeyd edək ki, əsas bank göstəricilərində müşahidə olunan azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.