26 C
Baku
Wednesday, October 2, 2024

Bank işçiləri hədiyyə verib almamalıdırlar

Hər peşəyə məxsus yazılan və yazılmayan qanunlar var. Bank işçiləri üçün də nəzərdə tutulmuş etik davranış qaydaları mövcuddur. Müştəri məmnuniyyətinə nail olmaq üçün bu cür etik qaydaların olması zəruridir. Belə ki, Etik Davranış Məcəlləsinin hazırlanması və dərc edilməsi banklarda geniş qəbul edilən təcrübədir. Bankın Etik Davranış Məcəlləsi onun missiya və dəyərləri ilə bağlıdır və bank öz fəaliyyətini həyata keçirdikdə və öz ətrafındakı tərəflərə – işçilərə, müştərilərə səhmdarlara, təchizatçılara və ümumiyyətlə cəmiyyətə münasibətdə riayət etdiyi əsas prinsipləri vurğulayır. Bu məcəllə həmçinin işçi tərəfindən, etika qaydalarının pozulması halında, görə bilcəyi tədbirləri qısa formada izah edir, bunlardan bəziləri:

Maraqların toqquşması – şəxsi maraqların bank, müştəri və ya əlaqəli tərəflərin maraqları ilə toqquşması; bankı kənar biznes məqsədləri üçün təqdim etmək bankın əlaqələrindən istifadə edərək, bankın, onun müştərisinin və ya filialının hesabına öz şəxsi biznesini inkişaf etdirmək;

Hədiyyələrin verilib və alınması – biznes fəaliyyətini artırmaq və ya ona təsir etmək üçün istənilən şəxsə/təşkilata rüşvət və ya başqa oxşar haqq verilməsi biznes fəaliyyətinə təsir etmək üçün hədiyyələrdən, pul mükafatlarından və artıq dərəcədə əylənmələrdən çəkinmək

Məxfilik – banka, müştəriyə və ya əlaqəli tərəfə məxsus məxfi və bizneslə əlaqəsi olan məlumatları saxlanılmaq, qiymətli kağızların alınıb-satılması ilə əlaqədar insayder məlumatını istifadə etməmək;

Bərabər imkanlar – diskriminasiya yol verməmək və başqalarının işlərində onlara hörmət bəsləmək və məsuliyyətli olmaq;

Siyasi fəaliyyət – bankın etika məcəlləsinə zidd olan (yəni maraqların toqquşmasına səbəb olan) siyasi tədbirlərə cəlb olunmamaq.

Etik Davranış Məcəlləsi İdarə Heyəti tərəfindən tərtib edilir və Müşahidə Şurası tərəfindən təsdiq edilir.

Bəzən Etik Davranış Məcəlləsinin bütün və ya bəzi müddəaları bankın işçilər üzrə Təlimat Kitabçasına daxil olunur.

Son xəbərlər
Digər xəbərlər