22 C
Baku
Tuesday, September 2, 2025

Bank işçiləri vətəndaşları oğurlayaraq adlarına külli miqdarda kredit rəsmiləşdiriblər

Qazaxıstanın Akmola vilayətinin prokurorluğu mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyəti ilə bağlı səs-küylü cinayət işinin istintaqını başa çatdırıb, hansı ki, bu qruplaşmanın üzvləri beş il ərzində sosial cəhətdən zəif olan vətəndaşları oğurlayaraq, onların adlarına külli miqdarda bank kreditləri rəsmiləşdiriblər.

Bu barədə AZH.kz nəşri məlumat verib.

Məlumata görə, cinayət sxeminə ölkənin müxtəlif regionlarından olan 25 nəfər cəlb edilib. Onların arasında maliyyə bazarının tənzimlənməsi və inkişafı agentliyinin mərkəzi aparatının əməkdaşı ilə yanaşı, dörd iri bankın – “Kaspi Bank”, “Forte Bank”, “Avrasiya Bank” və “Jusan Bank”ın əməkdaşları da olub.

İstintaqın məlumatına görə, mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyətinin bütün dövrü ərzində 348 qazaxıstanlı fırıldaqçıların qurbanı olub, ümumi maddi ziyan isə 3.7 milyard tenge (11.7 milyon manat) təşkil edib.

Müstəntiqlər oğurlanmış vəsaitlər hesabına əldə edilmiş əmlakı: Almatıdakı mənzillər və torpaq sahələrini, dəbdəbəli avtomobilləri və külli miqdarda nağd pulu müsadirə ediblər. Müsadirə olunan əmlakın ümumi dəyəri 2.7 milyard tenge (8.5 milyon manat) olub.

Hazırda qruplaşmanın bütün üzvləri saxlanılıb və müvəqqəti saxlama təcridxanasındadırlar. Cinayət işi baxılması üçün tərəflərə verilib, bundan sonra materiallar məhkəməyə göndəriləcək. Prokurorluq vətəndaşları ayıq olmağa və şübhəli maliyyə xidmətləri təklif edən şəxslərə etibar etməməyə çağırır. Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq, iş üzrə digər məlumatlar açıqlanmır.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər