15 C
Baku
Friday, April 26, 2024

Bank iyulda səhmdarlara dividentlər ödəyib – Məbləğ

«Azər-Türk Bank» 2019-cu ilin iyul ayında səhmdarlara dividendlərin ödənilməsinə 300 min manat yönəldib.

“Bankın səhmdarları iyunun 13-də keçirilən ümumi yığlncaqda 2018-ci il üzrə dividendlərin ödənilməsinə 300 min manatın yönəldilməsinə dair qərar qəbul ediblər. Bu vəsait cari ilin iyul ayında səhmdarlara ödənilib”, – deyə bankın mətbuat xidmətindən bildirilib.

Bankın səhmlərinin 75%-nin Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olduğunu nəzərə alsaq, dövlət büdcəsinə 225 min manat daxil olub.

Xəbər verildiyi kimi, “Azər-Türk Bank” 2018-ci ildə dövlət büdcəsinə 831 min manat dividend ödəyib.

2019-cu ildə hökumət bank tərəfindən dövlət büdcəsinə 2,05 mln. manat məbləğində dividendin ödəniləcəyini nəzərdə tutur.

“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (75%), “Ziraat Bank”, “AzRe Təkrarsığorta” və “Qala Həyat Sığorta” şirkətləridir.

İnterfax.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər