Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Azərbaycan Kredit Bankı” ASC-nin 38,752 mln. manat həcmində adi adlı sənədsiz səhmlərinin emissiya prospektin dövlət qeydiyyatına alıb.
Banker.az saytı Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, emisisya hər bir səhmin nominal dəyəri 224 manat olmaqla 173 min qiymətli kağızdan ibarətdir. Emissiya yerləşdirilməsində anderrayter qismində “Texnika Kapital Menecment” MMC çıxış edəcək.
Bildirək ki, yerləşdirmə nəticəsində Bankın nizamnamə kapitalı 4 dəfədən çox artaraq 50,25 mln. manata çatdırılacaq.