Oktyabrın 5-də Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 1000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən İ.Qafarov və H.Allahverdiyev müəyyən olunaraq saxlanılıb.