Müasir insanın həyatı bank kartı olmadan təsəvvür edilə bilməz. Belə kartların meydana gəlməsini və məşhurluğunu amerikalı fantastika yazıçısı olan Edvard Bellami proqnozlaşdırmışdır. O, 1888-ci ildə nəşr olunan “Looking back” adlı utopik romanında, XIX əsrin sonlarında letargik bir yuxuya gedib 2000-ci ildə ilsə isə oyanan qəhrəman haqda bir hekayə yazıb. Yazıçının proqnozlarına görə, həmin dövrdə cəmiyyətdə əmtəə və xidmətləri almaq üçün ödəniş kartlarıdan geniş şəkildə istifadə olunacaq.
Dünyada ödəniş kartını istifadəyə buraxan ilk bank Long Island Bank-ı idi. Hazırda bu bank mövcud deyildir. Bank ödəniş kartlarını 1951-ci ildə buraxmışdı və çox qısa bir zaman ərzində bu yenilik digər banklara da keçmiş oldu.
Yeri gəlmişkən, bu cür kartların yaranışı banklara aid deyil. Daha əvvəl, “Diners Club” şirkəti restoranlarda, mehmanxanalarda və turizm şirkətlərində xidmətlərin ödənişini həyata keçirmək üçün istifadə olunan kartları buraxdı.
Müasir dövrdə kartların bir çox bank tərəfindən buraxılmasına baxmayaraq, onların hamısı eyni ölçüyə malikdir – uzunluğu 85.6 mm, eni 54 mm. Plastikin qalınlığı – 0,76 dən 1 mm-ə qədər. Amma belə bir kartı qırmaq üçün yalnız 10 kalori sərf etmək kifayətdir, kartın istehsal dəyəri isə bir dolları aşmır.
Bank kartlarının əksəriyyətində 16 rəqəmli nömrə vardır. Onlardan biri artıq ödəniş sistemini təyin edə bilər. Nömrə 5 – MasterCard-a, 4 – Visa-ya aiddir. Növbəti 5 rəqəm isə kartı verən bankın kodudur. Son 9 kart rəqəmdə kartın sahibini müəyyən etmək üçün istifadə olunur. Bu alqoritm hələ ötən əsrin 50-ci illərində IBM işçisi Hans Peter Long tərəfindən hazırlanmışdır.
Ən çox halda banklar bizə iki növ kart təklif edirlər: debet və kredit kartları. Sadə dildə desək, debet kartında müştəri öz pullarını, kredit kartında isə – bank pullarını saxlayır. Rekord sayda kredit kartlarının sahibi ABŞ-ın sakini, Kaliforniya ştatından olan bir şəxsdir. O, həyat boyu 1397 ədəd kart almışdır və təbii ki, aldıqları bütün borcları ödüyüb qurtarmaq üçün həyatı ona kifayət etmədi. Bank kartlarının xüsusi istifadə müddəti də olur, ən çox bu üç il təşkil edir. Bu, maqnit zolağının istifadə prosesində tədricən silinməsi ilə bağlıdır. Buna görə kartların mütəmadi olaraq dəyişdirilməsi vacibdir.
İlk bank kartları kartondan hazırlanırdı. Plastik kartlar isə 1959-cu ildə American Express Bank tərəfindən buraxılmağa başladı. Yeri gəlmişkən, hazırda American Express-in plastik kartları dünya üzrə ən bahalı kartlardan biridir . Belə kartların sahiblərinin orta illik gəliri 1,300,000 dollar təşkil edir.
SSR-də ilk plastik kart 1986-cı ildə Vneştorqbank tərəfindən buraxılaraq istifadəyə verilmişdir, kartın ilk nümunəsi isə M. S. Qorbaçov-a təqdim edildi.