5 C
Baku
Tuesday, December 31, 2024

Bank kartları ilə necə pul qazanmaq olar – Cash Back

Azərbaycanda bank məhsullarından istifadə  etməklə necə pul qazanmaq dedikdə adətən ağıla ilk olaraq depozit yada düşür. Lakin Qərb ölkələrində depozitdən əlavə digər xidmət növləridə vardırki , onların vasitəsi ilə bank xidmətlərindən istifadə etməklə paralel həmçinində müəyyən qədər pul qazanmaq və ya qənaət etmək mümkündür.

Bu tip xidmətlərdən biridə Cash-Back xidmətidirki artıq o Azərbaycandada tətbiq olunmağa başlanıb. Xidmətin özəlliyi ondan ibarətdirki , müştəri plastik kart ilə məşsul alarkən , alış məbləğinin bir qismi müştərinin plastik kartına qaytarılır. Misal üçün, əgər bank tərəfindən Cash-back tətbiq olunursa və onun limiti 10% bərabərdirsə, o zaman dükandan 100 manatlıq məhsul aldıqda, onun 10 manatı yenidən sizin kartınıza otuzdurulur və o məbləğə siz yenidən hər hansı digər məhsul ala bilərsiniz.

Cash-back adətən 2 formada olur. Birincisi bank tərəfindən tətbiq olunan cash-back , onun haqqında biz aşağıda məlumat verəcəyik. Digər forma isə mağaza tərəfindən tətbiq olunan forma. Bu forma cash-back demək olarki Azərbaycanda tətbiq olunmur. Lakin düşünürük ki, ticarət inkişaf etdikdə bu xidmətində Azərbaycnda tətbiqinə çox qalmamışdır.

Hazırda bank tərəfindən tətbiq olunan cash-back sxemi yalnız  3 bank təfindən öz müştərilərinə təklif edilir. Bu banklara və onların təkliflərinə qısaca baxaq:

ExressBank

Azərbaycanda olan cash-back xidmətlər arasında nisbətən üstünlüyə malikdir. Üstünükdə əsasən parnyor şəbəkəyə daxil olmayan mağazalara görə 0.3% həcmində vəsaitin geri qayıtmasından ibarətdir. Partyor şəbəkəsinə daxil olan mağazalarda vəsaitin geri qayıtması 20% qədər ola bilər.  Xidmət banka məxsus bütün kartlarda aktivləşdirilə bilər.

AccessBank

Qeyd olunan bankın cash-back xidməti yalnız partyor mağazalarda aktivdir. Onun həcmi 1-14 % arasında dəyişir. Xidmət banka məxsus bütün kartlarda aktivləşdirilə bilər.

Kapital Bank

Bankın təqdim etdiyi cash-back xidməti yalnız partyor mağazalar şəbəkəsinə aiddir. Cash-back faizi 2-10% arasında dəyişir. Xidmətə qoşulmaq üçün Kapital Banka məxsus hər hansı bir kart kifayət edir.

Son xəbərlər
Digər xəbərlər