Azərbaycanda 1 Avqust 2020-ci il tarixinə bank kartlarının sayı 8 milyon 793 min ədəd bank kartı olub. Bu son ayda 129 min ədədlik və ya 1.5 faizlik artım deməkdir. Məlumatı Mərkəzi Bank açıqlayır. Bu rəqəm eləcə də ölkədə yeni rəqəm yeniləmiş olub.
Bank kartlarının 3 milyon 468 min ədədi sosial kartlar, 2 milyon 427 min ədədi əməkhaqqı kartları, 1 milyon 913 min ədədi digər kartlar və 985 min ədədi isə kredit kartları olmuşdur.
Ölkədə sosial kartların sayında 4 min ədədlik azalma (0.1%) olsa da digərləri – əməkhaqqı kartlarında 30 min (1.3%), digər kartlarda 67 min ədəd (3.6%) və kredit kartlarında 36 min ədədlik (3.8%) artım müşahidə edilib.
Bildiyimiz kimi ölkəmizdə koronavirus pandemiyası səbəbindən sərt karantin rejimi tətbiq edilib. Bu öz növbəsində vaxtı keçmiş kartların yenilənməsinə və ya yenilərinin sifariş verilməsində bir qədər çətinliklər yaradıb. O da qeyd edilməlidir ki, AMB bəzi sosial kartların vaxtının keçməsinə baxmayaraq onlardan istifadənin bir neçə müddət aktiv olmasını da göstəriş verib.
Ölkədə əməkhaqqı kartlarının sayında son iki ayda 3.14% və 1.25% aylıq artım dinamikası müşahidə edilib. Sərt karantin və bankların iş rejimindəki bəzi dəyişikliklərə rəğmən son aylarda kredit kartların sayı may (3.99%), iyun (4.06%) və iyul aylarında (3.79%) artımlar olub.