26 C
Baku
Saturday, July 27, 2024

Bank kartlarından oğurluq edən şəxslər saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Bakı və Sumqayıt şəhərlərində üç nəfərin bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 3 qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 12-də paytaxt sakinləri olan bir nəfərin bank kartından 1850 manatını, digər bir nəfərin bank kartından 1000 manatını, Sumqayıt şəhərində isə bir nəfərin bank kartından 150 manatını oğurlamaqda şübhəli bilinən 3 qadın polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər