21 C
Baku
Saturday, May 4, 2024

Bank kartlarından oğurluq edən şəxs saxlanılıb

Paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pulun oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, 21 yaşlı Surət Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun eyni üsulla 5 nəfərin bank hesabından 4 min manata yaxın vəsaiti oğurlaması müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər