15 C
Baku
Sunday, November 24, 2024

Bank-kredit sistemi

Kredit sisteminin tərkib hissələri: kredit-hesablaşma əlaqələri, kredit forma və metodlarının məcmusu; kredit-maliyyə institutları sistemi.

Kredit sistemi kredit-maliyyə institutlarının məcmusu timsalında sərbəst pul vəsaitlərini – müxtəlif təbəqədən olan əhalinin gəlir və yığımlarını toplayır və onları firma, dövlət və fərdi şəxslərə borc formasında təqdim edir. 

Kredit sisteminin əsasını banklar təşkil edir. Müasir bankların ilk sələfləri Florensiya və Venesiyada (1587-ci il) sərraf işinin (müxtəlif ölkə və şəhərlərin pullarının mübadiləsi) əsasında yaradılmışdır.

Bankların əsas əməliyyatları pul əmanətlərinin qəbulu və nağdsız hesablaşmalarının həyata keçirilməsi idi. Daha sonralar bu prinsip əsasında Amsterdam (1609-cu il) və Hamburqda (1618-ci il) banklar yaranmağa başladı. Sonuncular ticarət xidmətinin göstərilməsində ixtisaslaşmışdı, pulların buraxılması kimi vacib funksiya onlarda yaxşı inkişaf etməmişdi.

Beləliklə, kredit-maliyyə bölünür: mərkəzi banklar; kommersiya bankları; ixtisaslaşmış kredit-maliyyə institutları
Mərkəzi banklar – banknotların buraxılışını həyata keçirən və kredit sisteminin mərkəzi olan banklardır. Onlar sistemdə xüsusi yer tutur və bir qayda olaraq, dövlət institutları rolunu oynayır.

Mərkəzi bankın əsas funksiyalarına aiddir:

1. Emissiya funksiyası hələ də öz mövcudluğunu saxlayır. Belə ki, ödənişlərin əhəmiyyətli bir hissəsi və kredit sistemin likvidliyini təmin etmək üçün nağd pulların mövcudluğu vacibdir.

2. Akkumlyasiya funksiyası və kommersiya bankları üçün kassa ehtiyatlarının saxlanılması. Daha doğrusu milli kredit sisteminin üzvü olan hər bir bank əmanətlərinin müəyyən faizi həcmində məbləği Mərkəzi bankın ehtiyat hesabında saxlamağa məcburdur.

3. Kommersiya banklarının kreditləşməsi daha çox dövlət monopoliyasının olduğu sosial iqtisadiyyatlar, eləcə də fərdi maliyyə institutlarının kredit fəaliyyəti üçün vəsaitin çatışmadığı təqdirdə keçid dövrü üçün xarakterikdir. Nadir hallarda inkişaf etmiş bazar iqtisadiyyatında rast gəlinir, bu, əsasən müstəsna olaraq maliyyə çətinlikləri yaranan zaman istifadə olunur.

4. Dövlət orqanları üçün kreditlərin verilməsi və hesablaşma əməliyyatlarının həyata keçirilməsi. Bu vəsaitlər mərkəzi bankların hesablarında yığılır və ondan xərclənir. Bununla yanaşı mərkəzi banklar dövlət hakimiyyət müəssisə və təşkilatlarının hesablaşmalarını həyata keçirir. Bundan əlavə, onlar dövlət qiymətli kağızları ilə əməliyyatları həyata keçirir, dövlətə qısamüddətli və uzunmüddətli borclar formasında kredit verir və ya dövlət istiqrazlarının alışını həyata keçirir. Mərkəzi banklar dövlət orqanlarının tapşırığı ilə qızıl və xarici valyuta əməliyyatlarını həyata keçirir.

5. Klirinq funksiyası və ya nağdsız hesablaşmaların həyata keçirilməsi. Mərkəzi banklar ölkənin müxtəlif rayonlarında yerləşən kommersiya bankları arasında vasitəçi qismində iştirak edərək ümummilli klirinq üzrə əməliyyatlar həyata keçirir.

Kommersiya bankları özündə sənaye, ticarət və digər müəssisələrin kreditləşməsi üzrə universal əməliyyatları həyata keçirən fərdi və dövlət banklarını birləşdirir. Bu, əmanətlər formasında alınmış pul kapitalı vasitəsi ilə maliyyələşdirilir.

Bir neçə funksiya fərqləndirilir: müddətsiz depozitlərin akkumlyasiya edilməsi və ya cari hesabların aparılması və bu banklara yazılmış çeklərin ödənilməsi; sahibkarlara kreditlərin verilməsi

Kommersiya banklarının əsas xidməti bütün milli təsərrüfat miqyasında hesablaşmaların həyata keçirilməsindən ibarətdir. Bu xidmətlərin bazasında kredit pulları (çek, bank vekselləri) yaranır.

Ixtisaslaşmış maliyyə-kredit institutları özündə bank və qeyri-bank təşkilatlarını birləşdirir, kreditlərin müəyyən növləri üzərində ixtisaslaşırlar. Beləliklə, xarici ticarət bankları məhsulların idxal və ixracının kreditləşməsi, ipoteka bank və şirkətləri isə daşınmaz əmlakın (torpaq və tikili) girov qoyulması yolu ilə uzunmüddətli kreditlərin verilməsi üzrə ixtisaslaşırlar.

Kredit təşkilatları XIX əsrdə yaradılmışdır. Onlar uzun müddət pul-kredit sistemində kommersiya banklarından geridə qalaraq, tabeçilik rolunda çıxış etmişdir, lakin onların rolu ikinci dünya müharibəsində sonra bazar iqtisadiyyatı ölkələrində kəskin şəkildə artdı. Bu, bir tərəfdən onların ixtisaslaşdığı əməliyyatların inkişaf etməsi, digər tərəfdən isə onların kommersiya banklarının fəaliyyət sferasına daxil olması ilə bağlı idi. Məsələn, son onilliklərdə kapitalı böyük həcmdə artmış təqaüd fondları həm də Qərbdə qiymətli kağızların iri alıcıları qismində çıxış edir.

Kredit-maliyyə institutları sisteminə daxildir:

1. Investisiya bankları emissiya-təsisedici fəaliyyətlə məşğul olur, daha doğrusu fond birjasında qiymətli kağızların buraxılması və yerləşdirilməsi ilə məşğul olaraq, bundan gəlir götürürlər. Onlar depozit götürmək və kapital cəlb etmək hüququna malik deyillər, bir qayda olaraq, xüsusi səhmlərin satılması və kommersiya bankları krediti hesabına fəaliyyət göstərirlər.

2. Kredit sistemində mühüm mövqe tutan yığım institutlarının geniş qrupu kiçik yığım və gəlirlərinin cəlb edilməsi yolu ilə yaradılır.

Yığım institutlarının müxtəlif növləri var:

  • Yığım bankları və kassalar
  • Qarşılıqlı-yığım bankları (ABŞ-da kooperativ bank institutlarının növü)
  • Vəkalət-yığım banklar (Böyük Britaniya)
  • Borc-yığım assosiasiyaları (ABŞ)
  • Kredit kooperativləri (birlik, assosiasiya) və s.
Son xəbərlər
Digər xəbərlər