3 C
Baku
Cümə, Dekabr 3, 2021

Bank kreditlərinin baha olduğu rayonlar bəlli oldu

Ölkədə fəaliyyət göstərən kredit təşkilatlarında kredit qoyuluşlarının həcmi 2021-ci ilin oktyabr ayının 1-nə 15 milyard 539 milyon manat təşkil edib.

Mərkəzi Bankdan verilən məlumata görə, kredit qoyuluşlarında Bakının payı yenə də yüksək olub.

Belə ki, banklar paytaxt sakinlərinə 12 milyard 105 milyon manat kredit veriblər.

İkinci yerdə Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb. Bu bölgədə 579 milyon 639 min manat kredit verilib.

Sonrakı yerləri Gəncə-Daşkəsən iqtisadi rayonları tutub. Bu rayonlarda kredit qoyuluşu müvafiq olaraq 467 milyon 42 min manat təşkil edib.

Kreditlər üzrə orta faiz dərəcəsinə gəlincə, ölkə üzrə orta faiz dərəcəsi 11.76% olub. Dağlıq Şirvan iqtisadi rayonunda ən yüksək orta faiz dərəcəsi 20.26% təşkil edib.

Kredit faizləri Şirvan-Salyan və Mil-Muğan iqtisadi rayonlarında yüksək olub. Mil-Muğan iqtisadi rayonunda kreditlərin orta faiz dərəcəsi 19.69% təşkil edib. Qarabağ iqtisadi rayonunda  bu rəqəm 19.66% olub.

Qarabağ iqtisadi rayonu üzrə bankların orta kredit faizləri 19.22, Mərkəzi Aran iqtisadi rayonu üzrə 19.13, Lənkəran-Astara iqtisadi rayonu üzrə 19.01, Qazax-Tovuz iqtisadi rayonu üzrə 18.58 faiz təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər
X