24 C
Baku
Friday, June 28, 2024

Bank kreditləri mənzil tikintisini bahalaşdıra bilər

İqtisadi expert Samir Əliyev verdiyi müsahibəsi zamanı bildirmişdir: “Keçmişdə Azərbaycanda mənzil əhalinin vəsaiti hesabına inşa edilirdi. Bununla mənzil-tikinti kooperativləri məşğul olurdu. Cari şərtlərdə isə tikinti şirkətləri tez-tez şəhərciklər salırlar və bu zaman onlar əhalinin vəsaitlərindən istifadə etməklə yanaşı, bəzi hallarda bank kreditlərinə də üz tuturlar. Tikinti şirkəti bankdan kredit götürərək tikintiyə başlayır. Mənzil tikildikdən sonra isə satılır və əldə edilən vəsait hesabına digər bir mənzil tikilir. Bu zəncirvari reaksiyadır.

Ümumilikdə tikinti şirkətləri bank kreditlərindən daha az istifadə etməyə çalışırlar. Birincisi, tikinti şirkətlərinin iri məbləğdə kreditə ehtiyacı olur ki, bu məbləği də Azərbaycan banklarından əldə etmək çətindir. Bununla yanaşı, kredit faiz dərəcələri də yüksəkdir  və 20-25% təşkil edir. Bu da bütün xərcləri üstələyir. Bu səbəbdən də tikinti şirkətləri mümkün qədər bank kreditlərindən qaçmağa çalışır. Bununla əlaqadar olaraq Rusiya təcrübəsindən istifadə etmək son nəticədə mənzil tikintisi məsələsinin bahalaşmasına səbəb olacaq”.

Qeyd edək ki, Mərkəzi bankın məlumatlarına görə, cari ilin mart ayında banklar tərəfindən tikinti və əmlak sahəsinə 2,095 milyard manat kredit ayrılıb ki, bu da bütün kredit yatırımlarının 13,1%-ni təşkil edir. Qeyd etmək lazımdır ki, 2005-ci ildə kreditlərin mühasibat sektoruna verilmiş kreditlərin həcmi ümumi kredit portfelində 5,7% təşkil edirdi. Verilmiş kreditlərin həcmi 82,2 milyon manata çatmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər