“Bu, zəncirvari reaksiyadır”.
Azərbaycanda evlər əvvəllər əhalinin hesabına tikilirdi. Bu tikinti ilə yaşayış-tikinti kooperativləri məşğul olurdu.
Bu barədə “İqtisadi təşəbbüslərə dəstək” İctimai Birliyinin eksperti Samir Əliyev bildirib.
Onun sözlərinə görə, indiki şəraitdə tikinti şirkətləri adətən şəhərciklər tikirlər.
“Tikinti şirkətləri şəhərləri əhali hesabına yox, eləcə də bank kreditləri hesabına tikirlər. Tikinti şirkəti tikintiyə bankdan kredit götürərək başlayır. Ev tikildikdən sonra satılır, əldə edilən pula isə yeni bina tikilir. Bu, zəncirvari reaksiyadır”.
Əsasən, tikinti şirkətləri bank kreditlərindən az istifadə etməyə çalışırlar, ekspert deyib:
“Birincisi, tikinti şirkətlərinə iri kreditlər lazımdır, bunu isə Azərbaycan banklarından almaq müşkül məsələdir. Bundan başqa, faizlər yüksəkdir – 20-25%-ə çatır, bu isə nəticədə tikintinin maya dəyərindən artıq məbləğ olur. Bu səbəbdən tikinti şirkətləri kreditlərdən mümkün qədər uzaq durmağa çalışırlar. Bu sahədə Rusiya təcrübəsinin tətbiqi mənzil tikintisinin bahalaşmasına gətirib çıxaracaq”, – S.Əliyev sözünü yekunlaşdırıb.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, cari ilin mart ayı üçün tikinti və əmlak sahəsinə 2,095 milyard manat məbləğində kredit ayrılıb, bu isə kredit yatırımlarının 13,1%-ni təşkil edir.
Oxu.Az