Bu ilin ilk üç ayında Azərbaycana idxal olunan malların həcmi ötən ilin uyğun ayları ilə müqayisədə təxminən 25 faiz azalıb.
Məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) təqdim etdiyi statistik göstəricilərdə bildirilir. Statistikaya görə, 2016-cı ilin yanvar mart aylarında ölkəyə 1 milyard 825 milyon dollarlıq mal idxal edilib. 2015-ci ilin yanvar-mart aylarında isə Azərbaycana xaricdən idxal 2 milyard 428 milyon dollar təşkil etmişdi.
2015-ci ilin idxalına nəzər saldıqda ölkəyə gətirilən malların 70 faizindən çoxunun xalq istehlak malları olduğunu görmək olar. İdxal siyahısında ərzaq, əczaçılıq malları, avtomobil və mebel, həmçinin bir sıra tikinti materialları gəlir. 2016-cı ilin ilk üç ayında həmin məhsulların idxalının 25 faiz azalması ölkənin bir sıra sektorlarında – tikintidə, ticarətdə və s.-də iş fəallığının 25 faiz azalması deməkdir.
ANAPRESS