10 C
Baku
Sunday, December 22, 2024

“Bank kreditləşməsinin həcminin azalması sığorta şirkətlərinin banklardan asılığını azaldır”

Ölkəmizin sığorta bazarında vəziyyət necədir?: “Alfa Sığorta” Şirkətinin İdarə Heyətinin üzvü Əli Qasımovla müsahibə

Ölkəmizin sığorta bazarında vəziyyət necədir?

Bazar, sığortanın bir çox növləri üzrə toplanmış mükafatların yaxşı artım tempi ilə inkişaf edir. Həmçinin, sığorta şirkətlərinin maliyyə sabitliyini artırmağa istiqamətlənən hüquqi baza da təkmilləşir. Qanunvericilikdə edilən digər dəyişikliklər eyni zamanda sığortalıların hüquqlarının genişlənməsinə, onların mənafelərinin qorunmasına və əhalinin sığorta bazarına olan inamının artırılmasına yönəlib. Elə bu səbəbdən də mükafatlar artmışdır ki, bu da ödənişlərin artmasının təzahürüdür. Sığorta şirkətlərinin müştəriləri sığortanın incəliklərini daha yaxşı anlayır, ən yaxşı şərtləri axtarır və öz maraqlarını daha yaxşı müdafiə edirlər. Belə ki, mükafatların artım səbəbi, həmçinin, rəqabətli qiymətin və ödənişlər zamanı xidmətlərin səviyyəsinin daha yaxşı olmasıdır.

Bəs bank kreditləşməsinin həcminin azalması, məgər bu bazara təsir etmədi?

Bəli, kredit şərtlərinin sərtləşdirilməsi KASKO sığortası üzrə sığorta haqlarının həcminə mənfi təsir göstərir. Bu vəziyyət bizdən, sığortalanan avtomobilin kreditdə, girovda olması stereotipindən uzaqlaşmağa bir şans yaradır və  avtomobillərin həqiqi mənada könüllü olaraq sığortalanmasına inamı artırır. Mövcud vəziyyət banklardan asılılığı aradan qaldırmaq üçün bir fürsətdir.

Nə etmək istəyirsiniz?

Biz pərakəndə satışı inkişaf etdirmək niyyətindəyik. Bu gün üzləşdiyimiz problemləri aradan qaldırmağa imkan verən yeni biznes modeli yaratmışıq.

Onun mahiyyəti nədir?

Bu, bazarın monitorinqi və tədqiq edilməsindən başlamış, yeni, tələbata uyğun məhsulların yaradılması, satış üsullarının təkmilləşdirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına qədər olan tədbirlər məcmusudur.

Amma bunun üçün müvafiq kadr lazımdır …

Bəli, bildiyiniz kimi kadrlar hər şeyi həll edir. Hazırlıqlı personal artıq müvəffəqiyyətin yarısıdır. Biz personalın cəlb edilməsinə başlamışıq və arzu edən hər kəsi müsahibəyə dəvət edirik. Əsas seçim meyarı iddialılıq, özünə inam və qazanmaq arzusudur. Bu tələbələr, təqaüdçülər, müxtəlif ixtisas, peşə və bacarıq sahibi olan insanlar ola bilər. Biz, onlara təlimlər keçib, təşkilati yardım göstərməklə işin incəliyini öyrədərik. Sığorta agenti, satış mütəxəssisi işləmək – özünü inamlı hiss etməyə və vergiləri ödəməklə ayda 10.000 manata qədər gəlir əldə etməyə imkan yaradır. Yeri gəlmişkən, siz əsas iş yerinizdən ayrılmadan bunu edə bilərsiniz və bu baxımdan bizə müxtəlif fəaliyyət növü ilə məşğul olan şirkətlərin menecerləri və satış şöbələrinin rəhbərləri maraqlıdır. Istehsalat, tikinti, nəqliyyat, rabitə və digər xidmət sahələrində – hər yerdə istehlakçının sığorta maraqları vardır. Bu qrupdan olan insanlarla işin qurulması bizim üçün çox perspektivli və qarşılıqlı faydalıdır. Bu əməkdaşlıq məlumat mübadiləsinə, bir-birinin kommersiya ərazisində çalışmağa, satışın təşkil edilməsinə və koobrending məhsullarının yaradılmasına kömək edər. Müvafiq olaraq bu münasibətlər tərəfdaşlarımızın gəlirlərinin və onların uğurla işlədikləri şirkətlərin satışının artmasına kömək edər. Biz satıcıları əməkdaşlığa dəvət edirik.

Mən əminəm ki, belə yanaşma şirkət üçün uğurlu olacaq və yeni inkişaf strategiyalarının istiqaməti olan yeni biznes modelin həyata keçirilməsinə gətirib çıxaracaqdır.

Təşəkkür edirəm.

Son xəbərlər
Digər xəbərlər