10 C
Baku
Sunday, April 14, 2024

Bank mənzili 70 min manata açıq hərraca çıxarır

21 dekabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atrabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. 

Daşınmaz əmlak Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 149 ünvanında yerləşən (ü/s 69,7 kv.m) 41 saylı mənzildir. 

Daşınmaz əmlakın hərracdakı ilkin satış qiyməti 70000 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlərə F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27-dir (“AVİS” aptekin arxası)

Son xəbərlər
Digər xəbərlər