Kapital Bank namizədləri Bank Məhsulları Departamentində Təcili Pul köçürmələri üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Ümumi məlumat
Təcili Pul köçürmə sistemləri və biznes proseslərin inkişafı, idarə olunması. Qeyd olan məhsulların daimi inkişafı. Müştərilərə təqdim olunan Təcili Pul köçürmələrinin inkişafını təmin etmək üçün bazarın araşdırmasını aparmaq. Məhsulların rəqəmsallaşdırılmasına iştirak etmək. Pərakəndə qeyri-kredit məhsulları komandası ilə qarşılıqlı əlaqə.
Öhdəliklər
- Təcili pul köçürmə sistemlərinin xüsusiyyətlərini və şərtlərini idarə etmək və daimi yeniləmək
- Məhsulların filiallara təqdim edilməsi üçün təlimatların hazırlanması
- Məhsulun xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini təmin etmək məqsədilə Pərakəndə qeyri-kredit məhsulları komandası və filiallarla daimi əlaqədə olmaq
- Mövcud məhsulların inkişafını təmin etmək üçün və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması
- Təcili Pul köçürmə sistemləri sahəsində biliklərin daimi inkişafı
- Təcili Pul köçürmə sistemlərinin dövriyyəsinin artırılması məqsədilə kampaniya və lotereyaların keçirilməsi
- Təcili Pul köçürmə sistemləri üzrə yeni partnyorların cəlbi
Tələblər
- Maliyyə, İqtisadiyyat, Bankçılıq sahəsində ali təhsil
- Yüksək ünsiyyətqurma bacarıqları
- Təcili Pul köçürmə sistemləri üzrə ən azı 6 aylıq iş təcrübəsi
- Analitik düşünmə və riyazı təhlil qabiliyyəti
- Maliyyə uçotu üzrə biliklər arzuolunandır
- Əla səviyyədə Azərbaycan və İngilis dili biliyi, Rus dili – arzuolunandır
Mövzu bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz