10 C
Baku
Sunday, December 22, 2024

“Bank Melli İran” Bakı filialı 3-cü rübdə kiçilib

“Bank Melli İran” Bakı filialı 2024-cü ilin 3-cü rübünü (yanvar-sentyabr) 5 milyon 24 min manat xalis mənfəət ilə başa vurub. Filial 2023-cü ilin eyni aylarını 2 milyon 794 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın artımdır.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən ilin yanvar-sentyabr aylarında “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 2 milyon 177 min manat ikən, bu ilin 9 ayında 3 milyon 723 min manata qalxıb.

Bu il oktyabr ayının 1-nə İran bankının aktivləri 118 milyon 298 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 3% azdır. Bunun 1 milyon 780 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bakı filialının kredit portfeli 2.3 dəfə azalıb.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 72 milyon 117 min manat, cəmi kapitalı 46 milyon 181 min manat, yığılmış zərəri isə 27 milyon 430 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər